Maradona: "Messinin olması Argentina üçün şansdı"

Dünya futbolunun əfsanələrindən olan Dieqo Maradona Lionel Mesi haqqında açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, argentinalı əfsanə həmyerlisinin tənqidlərə fikir verməməsini məsləhət görüb. O, Messinin insanlara nəyisə sübut etməli olmadığını bildirib:

 

"Messi klub səviyyəsində hər şeyi qazanıb. 5 "Qızıl Top"u var. Çempionlar Liqası və çox saylı kuboklar qazanıb. Messi inanılmaz karyeraya sahibdi. Haqqında hər zaman tənqidlər olur. Ona tövsiyyə edirəm ki, futbol oynamağa davam etsin və bu işdən zövq alsın.

 

Messidən danışırıq. Düşünürəm ki, onun karyerasını və edə biləcəklərini mübahisə edə biləcək insan yoxdu. Messi sübut etməli heç nəyinin olmadığını bilməlidi. Hazırda Argentina millisinin önündə dünya çempionatı var. Leonun var olması Argentina üçün şansdı. Ümid edirəm bu şans yaxşı dəyərləndirilər".

Tarix: 22 Mart [16:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Aprel 2018
26  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio