Dmitri Nazarov: "Azərbaycandan təklif gəlsə, buna açığam və fikirləşərəm" MÜSAHİBƏ

Milli komandamız sabah Belarusla yoxlama oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, yığmamızın futbolçusu Dmitri Nazarov jurnalistlərin suallarını cavablandırıb.

 
- Qurban Qurbanovun rəhbərliyi altında ilk dəfə məşqə çıxdın. Təəssüratların necədir?
- Dünən Bakıya gəldim və ilk məşqə çıxdım. Fərdi söhbətimiz olub. Xoş hisslərlə ayrıldım. Yaxşı insan təəssüratlatını məndə oyada bildi. Özü də futbolçu olub və millidə çıxış edib. Hər şeyi gözəl başa düşür. Yüngül məşq keçmişəm. Hər şeydən razıyam.
 
- Qurban Qurbanovun əvvəlki baş məşqçilərdən fərqləndirən xüsusiyyətləri nədir?
- Bu suala cavab verə bilmərəm. Komandamızda yaxşı əhval-ruhiyyə var. Nizam-intizam da öz yerində. Fərqin nədə olduğunu növbəti həftələrdə, aylarda cavablandıra bilərəm.
 
- Millidə yaxşı oyun sərgiləyirsən. Ancaq 2-ci Bundesliqadan yüksələ bilmirsən. Əsas Bundesliqaya yüksəlmək üçün səndə nə çatışmır: agent, yoxsa səviyyən ora uyğun deyil?
- Bu suala çox cavab ola bilər. Bundesliqa Avropanın ən güclü çempionatıarında biridir. Ora düşmək asan məsələ deyil. Heç II Bundesliqada da oynamaq asan deyil. Bu gün çalışıram ki, Bundesliqaya yüksəlim. Agent məsələsinə görə və ya kifayət qədər yaxşı formada olmadığım üçün Bundesliqada oynamadığımı deyə bilmərəm. Ola bilər ki, şans amili də yoxdu ki, düzgün insanlar məni görsün və təklif etsinlər. Çətindir, amma çox çalışıram ki, Bundesliqa klublarının birində oynayım. Bunun üçün çalışıram və yaşım da çox deyil.
 
- Millətlər Liqasında Malta, Farer adaları, Kosovo milliləri yığmamızla eyni qrupdadır. Qrupla bağlı fikirlərin necədir?
- Rəqibləri izləmişəm və analiz etmişəm. Ən azından yaxşı oyun nümayiş etdirməliyik. Qrupda məqsəd odur ki, 6 oyuna maksimum xal toplayaq. Bu, yaxşı şansdır və istifadə etməliyik. 100 yox, 200 faiz gücümüzü ortaya qoymalıyıq.
 
- Azərbaycan klublarında təklif almısan? Əgər təklif alsan, buna münsaibətin necə olar?
- Mənim “Aue” ilə müqaviləm var. Belə söz-söhbətlər olub. Azərbaycandan konkret təklif gəlməyib. Ancaq təklif gəlsə, buna açığam və fikirləşərəm. Belə olsa, ailəmlə məsləhtləşib qərar verə bilərəm.
Tarix: 22 Mart [17:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Aprel 2018
23  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio