Amil Yunanov: "Həyəcan var və bunun olması normaldır" MÜSAHİBƏ

Milli komandamız sabah Belarusla yoxlama oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, yığmamızın futbolçusu Amil Yunanov oyundan öncə  jurnalistlərin suallarını cavablandırıb. Yunanov milliyə dəvət alacağına inandığını bildirib:

 
- İnamım var idi ki, milliyə dəvət alım. Çünki çempionat oyunlarında yaxşı oyun sərgiləyirdim. Çalışacam ki, yaxşı oyun nümyiş etdirim və millidə davamlı olaraq qalım.
 
- Ramil Şeydayevlə Mahir Mədətov U-21 millisinin heyətində yer alıblar. Bunun sənin üçün yaxşı şans olduğunu söyləmək olar?
- Əlbəttə, milli hamı üçün şansdır. Bundan istifadə etməyə çalışacam. Çempionatda da yaxşı oyun sərgiləyib milliyə dəvət almaq istəyirəm.
 
- Rəqibimiz olan Belarus yığmasıyla bağlı düşüncən necədir?
- Çətin rəqibdirlər. Amma evdə oynadığımız üçün qələbə qazanmaq istəyirik.
 
- Rəqiblərimizdən hansı güclüdür: Belarus, yoxsa Makedoniya?
- Makedoniyanı daha üstün tuturam. Belarusun da oyunlarına baxmışıq. Hər iki komanda güclüdür və yaxşı kollektivləri var.
 
- Həyəcan millidə özünü göstərmək üçün sənə mane ola bilər?
- Həyəcan var və bunun olması normaldır. Çalışacam ki, həyəcanı yox edim və oyunlara köklənim.
Tarix: 22 Mart [18:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio