İrlandiya Azərbaycanla oyun öncəsi qələbəyə sevindi

10:58 - 23 Mart 2018

Azərbaycanın U-21 yığmasının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, millimizin seçmə mərhələ oyunu çərçivəsində səfərdə Kosovo ilə qarşılaşdığı (0:2) gündə, digər rəqiblərimizdən İrlandiya və Norveç də yoxlama oyunu keçirib.

 

Norveç yığması İtaliyanın gənclərdən ibarət komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb.

 

İrlandlar isə İslandiya ilə qarşılaşıblar. Martın 27-də doğma meydanda Azərbaycan yığmasını qəbul edəcək İrlandiya futbolçuları bu görüşdə qələbə qazanıblar – 3:1.

Xəbər xətti