"Azərbaycanla görüşə qələbə qazandığımız üçün özümüzlə qürur duyuruq"

11:53 - 23 Mart 2018

"Bizim üçün yaxşı oyun oldu. Qələbə qazanmaqla xallarımızın sayını artırmağı bacardıq".

 

Sportal.az xəbər verir ki, bu sözlər Kosovonun 21 yaşlılardan ibarət milli komandasının üzvü Valmir Suleymani deyib. O, AVRO-2019-un seçmə mərhələsinin Azərbaycanla görüşündəki 2:0 hesablı qələbəni şərh edib:

 

"Azərbaycanla görüşə qələbə qazandığımız üçün özümüzlə qürur duyuruq. Yəqin ki, xalqımız da bu sevinci yaşayır. Qarlı hava şəraitində bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm". 

 

"Hannover"in hücumçusu Almaniyaya qarşı keçirəcəkləri oyundan söz açıb: "Çətin oyun olacağı hər kəsə bəllidir. Çünki dünyanın ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Almaniyanı məğlub edəcəyimizə ümidimiz var". 

Xəbər xətti