Rafet Prekazi: "4-5 ildən sonra Kosovo hörmət olunacaq rəqibə çevriləcək"

11:41 - 23 Mart 2018

Kosovonun 21 yaşlılardan ibarət milli komandasının baş məşqçisi Rafet Prekazi AVRO-2019-un seçmə mərhələsinin yığmamıza 2:0 hesablı qələbə qazandıqları görüşdən sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:

 

"Komandamızın sərgilədiyi oyun göz qabağındadı. Bu da mənim öncə dediklərimi təsdiqləyir. Futbolçularım necə oynamaq lazım olduğunu çox yaxşı bilirlər. Komandamız əvvəlki görüşlərdə də yaxşı oyunlar sərgiləyib. Aldığımız məğlubiyyətlərə layiq deyildik. Ancaq təcrübə çatışmazlığı öz sözünü deyirdi". 

 

Çalışdırıcı Azərbaycanla oyunda Kosovo çempionatında çıxış edən futbolçulara daha çox şans verdiyini deyib: "Demək olar ki, əlimizdə lan futolçuları sınaqdan keçirdik, Kosovo çempionatında oynayan futbolçulara da şans verdik. Əminəm ki, futbolumuzun çox yaxşı nəticələrə kifayət edəcək potensialı var. Bu komandanın baş məşqçisi olmaqdan məmnunam. İnanıram ki, 4-5 ildən sonra Kosovo hörmət olunacaq rəqibə çevriləcək".

 

O, komandasının Almaniyaya qarşı keçirəcəyi oyundan söz açıb: "Komandamızdan Almaniya ilə matçda yaxşı oyun gözləyirəm. İnanıram ki, istədiyim kimi oynayacaqlar. Lakin yaxşı bilirik ki, dünya futbolunun nəhəngi ilə qarşılaşacağıq".

Xəbər xətti