İbrahimoviçin yeni klubu müəyyənləşdi

17:36 - 23 Mart 2018

Zlatan İbrahimoviçin yeni klubunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı hücumçu karyerasını ABŞ-da davam etdirəcək. Belə ki, isveçli futbolçu "Los Anceles Qalaksi" klubu ilə anlaşıb.

 

Tərəflər arasında 2 illik müqavilə imzalanıb. İbra yeni klubunda illik 3 milyon avro maaş alacaq.

 

Qeyd edək ki, təcrübəli forvardın son klubu "Mançester Yunayted" olub.

Xəbər xətti