“Qəbələ” Novruz turnirinin qalibi oldu

15:33 - 24 Mart 2018

“Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə keçirilən Novruz turnirinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Şamaxı olimpiya kompleksinin meydanlarında keçirilən turnirin ikinci günündə iki turun 4 qarşılaşması baş tutub.

 

2-ci turda “Qəbələ” “Qəbələ UGİM”ə 4:0, “Vətən” “Sumqayıt İOEUGİM”ə 3:1 hesabı ilə qalib gəlib. Sonuncu turda “Vətən” “Qəbələ UGİM”i, “Qəbələ” isə sumqayıtlıları eyni - 2:1 hesabı ilə məğlub edib.

 

Beləliklə, 9 xal toplayan “Qəbələ” Novruz turnirinin qalibi adına yiyələnib. 6 xal toplayan “Vətən” 2-ci olubsa, 3-cü yeri “Sumqayıt İOEUGİM” tutub. 1 xal toplayan “Gənclik şəhəri” təmsilçisi “Qəbələ UGİM”i top fərqində üstələyib.

Xəbər xətti