Qurban Qurbanov "Qarabağ"ın futbolçusunu millidən kənarlaşdırdı

14:27 - 24 Mart 2018

Araz Abdullayev və Elvin Yunuszadə Belarusla yoldaşlıq oyununda iştirak etməyib.

 

Sportal.az xəbər verir ki, buna səbəb hər iki futbolçunun baş məşqçi Qurban Qurbanov tərəfindən cəzalandırılması olub. Hər iki futbolçu oyundan əvvəl baş tutan toplanışa yatıb qalaraq gecikib. 


Yığmanın baş məşqçisi Qurban Qurbanov "Qarabağ"da onun rəhbərliyi altında çıxış edən Elvin Yunuszadəni nizam-intizam qaydalarını pozduğu üçün milli komandanın heyətindən çıxarıb.

 

Qeyd edək ki, millimiz martın 27-i Bakı vaxtı ilə saat 20:00-da Makedoniya ilə yoxlama görüşü keçirəcək. Oyun Türkiyənin Antalya şəhərində baş tutacaq.

 

Xəbər xətti