Roman Qriqorçuk: "Xüsusi təhlil ediləsi məqam yoxdu"

“Qəbələ” və “Keşlə” arasında yoxlama oyunundan (0:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk qarşılaşma barədə fikirlərini açıqlayıb.

 

Sportal.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:

 

“Bugünkü qarşılaşmada hər futbolçunun qarşısına daha güclü məşq etmək tapşırığı qoyulmuşdu. Yoxlama oyunu keçirmək imkanından elə istifadə etməliydik ki, bütün vacib məqamlar rəsmi matçdakına yaxın olsun. Futbolçularımız da yaxşı məşq etdi. Oyun, meydanda baş verənlərlə bağlı  xüsusi təhlil ediləsi məqam da yoxdur. Prinsipcə, hər şey gözlənilən kimi oldu. Ən vacibi isə odur ki, faydalı oyun keçirdik. Müəyyən mənfi məqamlar da oldu. Futbolçuların göstərdiyimiz düzəlişləri tez etmələrini, bunları 2-3 dəfə təkrarlamamasını istəyirəm”. (Klub saytı)

Tarix: 24 Mart [18:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2018
20  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio