Qurban Qurbanov Elvin Yunuszadəni “Qarabağ”da da cəzalandırdı

20:56 - 24 Mart 2018

Elvin Yunuszadəni milli komandadan kənarlaşdıran Qurban Qurbanov futbolçuya klubunda da cəza verib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis müdafiəçini "Qarabağ"ın əsas komandasından kənarlaşdırıb. O, bundan sonda əvəzedici komanda ilə məşqlərini davam etdirəcək.

 

Məlumatı Qurban Qurbanov saytımıza açıqlamasında təsdiqləyib.

 

Elvin Yunuszadə və Araz Abdullayev Belarusla oyuna saatlar qalmış baş məşqçi Qurban Qurbanovun keçirdiyi iclasa gecikiblər. Onlar yuxudan gec oyandıqları üçün toplanışa bir neçə dəqiqə gecikiblər. Qurban Qurbanov bu hərəkətə görə Araz Abdullayevi bağışlayıb, Elvin Yunuszadəni isə millidən uzaqlaşdırıb.

Xəbər xətti