Pastore transfer qərarını verdi

PSJ-nin yarımmüdafiəçisi Xavyer Pastore mövsümün sonunda klubdan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, argentinalı futbolçu Paris təmsilçisində karyerasını davam etdirməyinin çətin olduğunu dilə gətirib:

 

"PSJ-də yanlış yolda olduğumu anladım. Hələ 1 illik müqaviləm var və nələr olacağını bilmirəm. Hazırda mövsümü yaxşı bitirməyə və kubokları qazanmağa köklənmişəm. Sözün düzü, İspaniya La Liqası mənim üçün doğru seçim olacaq".

 

Pastore Neymarın PSJ-dən ayrılacağı ilə bağlı gəzən söz-söhbətlərə bu cür münasibət bildirib:

 

"Neymar PSJ-yə transfer olmaqla çox xoşbəxt oldu. Düzdür, komandamız bir "Barselona" deyil. Ancaq düşünürəm ki, Neymar ayrılmayacaq. Bu, mətbuatın bir oyunudur".

 

28 yaşlı oyunçu ÇL-də 1/8 finalda "Real"a təcrübəsizlik üzündən yenildiklərini deyib:

 

"Real" bizdən daha üstün idi. Onlara qarşı daha təcrübəsiz qaldıq. Başqa bəhanə axtarmağa lüzum yoxdur".

 

Qeyd edək ki, Pastore 2011-ci ildə "Palermo"dan 39,8 milyon avro qarşılığında PSJ-yə transfer olmuşdu.

Tarix: 25 Mart [15:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Aprel 2018
22  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio