"Zirə" "Səbail"ə qalib gəldi

18:30 - 25 Mart 2018

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Zirə” və “Səbail” komandaları yoxlama matçı keçiriblər.

 

Sportal.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında oynanılan görüşdə Ayxan Abbasovun komandası 3:1 hesablı qələbə qazanıb. “Zirə”nin heyətində Milan Duriç (15 (pen.)), Mirsahib Abbasov (69) və Vüsal İsgəndərli (75) fərqləniblər.

 

“Səbail”in yeganə qoluna isə 89-cu dəqiqədə Vüqar Nadirov imza atıb.

Xəbər xətti