Məşhur agent: "Qvardiola qorxaq və köpəkdir"

11:32 - 26 Mart 2018

Məşhur futbol agenti Mino Rayola Pep Qvardiola barədə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, agent Qvardiolanı qorxaq və köpək adlandırıb:

 

"Pep Qvardiola fantastik bir baş məşqçidir. Ancaq insan olaraq sıfırdır. O, bir qorxaq və köpəkdir. "Mançester Siti" bu mövsüm Çempionlar Liqasında qalib olsa, hamı Qvardiolanın möhtəşəm insan olduğu haqda danışacaq. Bundan nifrət edirəm. "Uembli"də "Barselona"nın "Mançester Yunayted"ə 3:1 hesabıyla qalib gəldiyi oyunda onun üzərinə getmişdim, ancaq "Milan"ın prezidenti Adriano Qalliani qarşımı güclə kəsmişdi".

 

Rayola "Mançester Yunayted"ə 105 milyon avro qarşılığında transfer edilən müştərisi Pol Poqab barədə də söz açıb. O, fransız futbolçunun 200 milyon avroya "Real"a keçə biləcəyini deyib:

 

"Poqba "Mançester Yunayted"ə ucuz qiymətə satıldı. Hazırda "Real"a 200 milyon avroya keçə bilər. Bu transferdə "Mançester Yunayted" 100 milyon avro qazanacaq".

Xəbər xətti