"Transfer sehrbazı" "Barselona"dan danışdı: "Yarımfinala adlamaq şansımız 20-30 faizdir"

"Roma"nın idman direktoru Ramon Monçi İspaniya mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "transfer sehrbazı" ləqəbini daşıyan futbol funksioneri Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə keçirəcəkləri oyunlar haqda danışıb:

 

"Tək 1/4 finala çıxdığımız üçün deyil, "Atletiko" və "Çelsi" kimi komandaların yer aldığı qrupu lider kimi başa vurduğumuza görə də məmnun olmalıyıq. Bizim üçün çətin il oldu. Baş məşqçimiz dəyişdi. Françesko Totti kimi əfsanəvi futbolçu karyerasını başa vurdu. Daha yaxşısını edə biləcəyimizə inanıram. Avrokuboklardakı çıxışımızdan razıyam. Eusebio Di Françeskoya şans verməyi və öz sisteminə uyğun futbolçular seçməyinə imkan yaratdıq. Klubun hədəflərini bilir. Yaxşı mütəxəssisdir və tələbkardır. ÇL-də 1/4 finaldayıq və bu da xəyallarımızın davam etdiyini göstərir. Şəxsi səviyyədə Lionel Messi qüsursuz vəziyyətdədir, ancaq "Barselona" tək Messidən ibarət deyil. Messi də futbolun bir komanda oyunu olduğunu anlayıb. Yarımfinala adlamaq şansımız 20-30 faizdir. Ancaq indi 1/4 finalda olduğumuzu anlamalıyıq və növbəti mərhələni arzu etməliyik".

 

Ötən il "Sevilya"dan ayrılaraq "Roma"nın idman direktoru təyin edilən Monçi "Barselona"dan təklif almadığını deyib:

 

"Bunu məndən çox soruşublar. Mən "Barselona"dan təklif almadım. Danışıqlarımız olmayıb. Onların hədəfində olduğumu heç vaxt düşünməmişəm".

 

Qeyd edək ki, "Roma" "Qarabağ", "Çelsi" və "Atletiko" ilə eyni qrupda mübarizə apararaq 1/8 finala yüksəlmişdi. Bu mərhələdə isə "canavarlar" "Şaxtyor"u məğlub etmişdi.

Tarix: 26 Mart [14:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Sentyabr 2018
17  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio