"Liverpul" Almaniya millisinin üzvünə "elçi düşdü"

16:40 - 26 Mart 2018

"Leypsiq”in hücumçusu Timo Verner İngiltərə klubunun maraq dairəsinə düşüb.

 

Sporal.az xəbər verir ki, bu barədə məlumatı "Bild" nəşri yayıb. Xəbərə görə, Almaniya millisinin üzvünə "Liverpul" göz dikib. Artıq ingilislər gənc hücumçunun klubu ilə danışıqlara başlayıblar. 

 

Qeyd edək ki, forvard "Real”, "Atletiko” və "Arsenal” kimi klubların  maraq dairəsindədir. 

Xəbər xətti