"Neftçi" əvəzedicilərinə rəhm etmədi

17:58 - 26 Mart 2018

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Neftçi" yoxlama görüşü keçirib.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" əvəzedici komanda ilə üz-üzə gəlib.  

 

Yığmaların heyətində yer alan futbolçuların qatılmadığı görüş əsas komandanın qələbəsi ilə başa çatıb - 3:0. Tərlan Əhmədovun komandasının heyətində Lukas Qomez, İqnasio Herresa və Fransisko Qarsiya fərqləniblər. 

 

Qeyd edək ki, "Neftçi" Topaz Premyer Liqasında turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.  

Xəbər xətti