Maksim Medvedev: "Adaptasiyada bir az problem var"

18:36 - 26 Mart 2018

Milli komandamız Antalyada Makedoniya ilə oyun öncəsində son məşqini keçib.

 

Sportal.az xəbər verir ki, yığmamızın futbolçuları Kamran Ağayev və Maksim Medvedev CBC Sporta-a açıqlama veriblər:

 

Kamran Ağayev: "Baxmayaraq ki, yoxlama oyunudur, qələbə qazanmaq istəyirik. İnanıram ki, nəticə yaxşı olacaq. Verilən tapşırıqları layiqincə yerinə yetirmək lazımdır ki, nəticə də uğurlu olsun. Əlbəttə, səviyyə baxımından Makedoniya Belarusdan daha üstündür. Bilirik ki, buna görə, fərq olacaq. Amma qələbə üçün meydana çıxanda, əzmkar oyun nümayiş etdirəndə çətin olmur". 

 

Maksim Medvedev:  "Belarusla oyunu analiz edib baxdıq ki, çatışmayan cəhətlərimiz nə idi. Makedoniya ilə matçda çalışacağıq, həmin səhvləri təkrarlamayaq. İndiki rəqib Belarusdan güclüdür. Daha sürətli futbol nümayiş etdirirlər. Onlara qarşı daha diqqətli olmalıyıq. Belarusa uduzmağımıza baxmayaraq, komandada əhval-ruhiyyə pis deyil. Nəzərə almaq lazımdır ki, yoldaşlıq oyunlarıdır və heyətdə tez-tez dəyişikliklər olur. Ona görə adaptasiyada bir az problem var. Amma yavaş-yavaş bir-birimizə öyrəşirik. Gələcəkdə belə davam etsək, daha yaxşı nəticələr əldə edə bilərik".   

Xəbər xətti