PAOK "Qarabağ"dan 5 milyon avro tələb edir

18:53 - 26 Mart 2018

“Qarabağ” mövsümün əvvəlində Yunanıstanın PAOK klubundan icarəyə götürdüyü Pedro Enrikeni birdəfəlik transfer edə bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb. Xəbərdə Ağdam təmsilçisinin bununla bağlı artıq Yunanıstan klubuna rəsmi təklif göndərdiyi bildirilir. 

 

Amma braziliyalı yarımmüdafiəçinin keçidi “Qarabağ”a elə də asan başa gəlməyəcək. Çünki PAOK rəhbərliyi 27 yaşlı futbolçu üçün 5 milyon avro tələb edir.

 

İddiaya görə, “Qarabağ” rəsmiləri sözügedən məbləği aşağı salmaq üçün danışıqları davam etdirir.

Xəbər xətti