Valeh Seyidov Portuqaliya klubunun qələbə qazanmasına kömək etdi

17:51 - 27 Mart 2018

Portuqaliyanın II divizionunun E qrupunda 26-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Bakı"nın yetirməsi Valeh Seiydovun formasını geyindiyi "Louletano" doğma azarkeşləri önündə "Lusitano VRSA"nı qəbul edib.

 

Turnir cədvəlinin son pilləsində (16) qərarlaşan qonaqlar 10-cu dəqiqədə Jose Pedro ilə hesabı açıb. Ruhdan düşməyən ev sahibləri ikinci hissənin əvvəlində (55) Qonsalo Teyşeranın sayəsində bərabərlik qolunu vurub.

 

63-cü dəqiqədə meydana çıxan hücumçumuz Louletano"nun qələbə qazanmasında böyük rol oynayıb.

 

Tales 88-ci dəqiqədə məhz Valehin iştirakıyla 3 xalı gətirən qolu vurub. Bu uğur sayəsində "Louletano" 7-ci pilləyə yüksəlib.

Xəbər xətti