"Everton" Cenk Tosunun yanına daha bir hücumçu alır

18:00 - 27 Mart 2018

Qış fasiləsində "Beşiktaş"dan Cenk Tosunu transfer edən "Everton" heyətini daha bir hücumçuyla gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, Liverpul təmsilçisi növbəti mövsüm daha iddialı heyət quraraq ciddi uğur qazanmaq niyyətindədir. Sem Ellardays hücum xəttində rəqabəti artırmaq üçün sərəncamında daha bir forvard görmək istəyir. İngiltərə mətbuatının məlumatına görə, "Everton" "Torino"nun oyunçusu Andrea Belottiyə göz dikib.

 

Ötən mövsüm Seriya A-da fırtına kimi əsən, lakin bu mövsüm yalnız 6 qol vuran hücumçu üçün "Everton" rəsmi təklif göndərməyə hazırlaşır. "Torino" ötən yay Belottini transfer etmək istəyən komandalardan 100 milyon avro tələb etmişdi. Lakin performansı düşən İtaliya millisinin üzvünün daha ucuz qiymətə satılacağı ehtimal edilir.

 

Qeyd edək ki, 24 yaşlı futbolçu 2015-ci ildən "Torino"da çıxış edir.

Xəbər xətti