Millimizin üzvü zədəsini sağaltdı

18:18 - 27 Mart 2018

Türkiyə I Liqasında çıxış edən “Samsunspor”un və millimizin futbolçusu Ufuk Budak zədəsini sağaldıb.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə futbolçunun bu gün komandası ilə məşqə çıxdığı qeyd edilib. Almaniyada müalicə alan futbolçu artıq tam sağalıb. Budakla yanaşı, Conatan Ayite və Məhəmməd Bəşir də zədəsini sağaldıb.

 

Xatırladaq ki, 27 yaşlı futbolçu bu ayın 11-də, birinci liqanın “Qaziantepspor”la səfər oyununda zədələnmişdi. Ufuk millimizin Belarus və Makedoniya ilə yoldaşlıq oyunlarına dəvət alsa da, zədə səbəbindən heyətdən çıxarılmışdı.

Xəbər xətti