"Beşiktaş" Taliskanı birdəfəlik transfer edəcək?

19:02 - 27 Mart 2018

"Beşiktaş"ın "Benfika"dan 2 illik icarəyə götürdüyü Anderson Taliskanın müqaviləsi mövsümün sonunda başa çatacaq.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi müqavilənin şərtlərinə görə, 21 milyon avro qarşılığında braziliyalı yarımmüdafiəçinin transfer hüququna sahib ola bilər.

 

Braziliya millisinə dəvət almış futbolçunun agenti Karlos Leyte böyük ehtimalla, Taliskanın "Beşiktaş"a transfer olacağını deyib. Futbolçunun adı "Mançester Yunayted", "Liverpul" və "Roma" kimi klublarla da hallanır. Agent Taliskanın gələcəyilə bağlı belə danışıb:

 

"Mançester Yunayted"in maraqlanıb-maraqlanmadığı haqda bilgim yoxdur. Əgər "Benfika"yla danışıqlar aparıblarsa, bu, başqa məsələdir. Ancaq mənə bu barədə müraciət edən olmayıb. Əslində, mövsümün sonunda "Beşiktaş"dan başqa bir komandayla görüşməyi planlaşdırmırıq. "Beşiktaş"ın hər kəsin hörmətlə yanaşmağa məcbur olduğu satın alma şərti var. Həmin müddətə mənim və "Benfika"nın başqa klubla danışıqlar aparması ciddi nəsə dəyişə bilməz. Əgər "Beşiktaş" istəsə, bu keçidi həll edə bilər".

 

Qeyd edək ki, 24 yaşlı futbolçu 2014-cü ildə "Bahia"dan "Benfika"ya keçib. Portuqaliya klubu Taliskanı 2016-cı ildə "Beşiktaş"a 2 ilik icarəyə verib.

Xəbər xətti