"Zirə" "Səbail"ə belə qalib gəldi VİDEO

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Zirə” və “Səbail” komandaları yoxlama matçı keçiriblər.
 
Sportal.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında oynanılan görüşdə Ayxan Abbasovun komandası 3:1 hesablı qələbə qazanıb.

 

“Zirə”nin heyətində Milan Duriç (15 (pen.)), Mirsahib Abbasov (69) və Vüsal İsgəndərli (75) fərqləniblər. “Səbail”in yeganə qoluna isə 89-cu dəqiqədə Vüqar Nadirov imza atıb.

Tarix: 28 Mart [13:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Aprel 2018
22  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio