MOİK-in futbolçusuna 3 oyunluq cəza verildi

14:59 - 28 Mart 2018

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub: 

 

I Divizionun XX turunun “Xəzər” – “Turan” matçında “Xəzər” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).

 

I Divizionun XX turunun “Zaqatala” – MOİK matçının 82-ci dəqiqəsində MOİK klubunun 2 №-li futbolçusu Yunis Muxtarlı aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyun cəzalanır, klub 240 manat cərimə olunur 

Xəbər xətti