Aryen Robben qərarsızdır: "Nə baş verəcəyini bilmirəm"

18:13 - 28 Mart 2018

Mövsümün sonunda "Bavariya" ilə müqaviləsi başa çatacaq Aryen Robben açıqlama verib.

 

Sportal.az xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi yekun qərar vermədiyini deyib:

 

"Mənim üçün böyük bir problemdir. Nə baş verəcəyini, gələcəkdə harda olacağımı bilmirəm. Belə olanda ağlınızda çox fikirlər dolaşır. Təbii ki, fərqli seçimlərim var. Ancaq qərarımı verməmişəm. Karyeramın sonlarında futboldan həzz almaq istəyirəm. Vücudum davam edənə qədər oynamaq istəyirəm. Futbolda bir seçim etməlisən. Aprel ayındakı oyunlara köklənmişəm. Çempionlar Liqası, ölkə kuboku və Bundesliqa matçlarımız var. Əslində, ağlımda bunlar olmalıdır. "Növbəti mövsüm harada olacağam?" barədə düşünməli deyiləm".

 

Qeyd edək ki, 34 yaşlı futbolçu 2009-cu ildən Münhen klubunda çıxış edir.

Xəbər xətti