İsko: "Zidan mənə güvənmir"

İspaniya Argentinanı yoxlama görüşündə 6:1 hesabı ilə məğlub edib. Qarşılaşmada het-trik edən "Real"ın yarımmüdafiəçisi İsko Alkarkon matçdan sonra verdiyi açıqlamalarla gündəm olub.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı oyunçu Madrid klubunun baş məşqçisi Zinəddin Zidanla bağlı danışıb. İsko bildirib ki, çalışdırıcı ona güvənmir:

 

"Baş məşqçim Zidan mənə güvənmir. Bəlkə də "Real" üçün bir problemim var. Necə oynadığımı Argentina ilə matçda bir daha isbatladım. Amma Zidanın etimadını necə qazancağımı bilmirəm".

 

Mövsümün əvvəlində davamlı olaraq əsas heyətdə oynayan İsko son zamanlar start "11-lik"də az hallarda şans qazanır. Yarımmüdafiəçi bu mövsüm 25 oyuna 5 qol və 5 assistlik performans sərgiləyib.

Tarix: 28 Mart [18:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Dekabr 2018
17  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio