"Kəpəz"də itki: 2-3 həftəlik sıradan çıxdı

19:19 - 28 Mart 2018

Topaz Premyer Liqasının 21-ci turunda "Zirə"ni qəbul edəcək "Kəpəz" itkiylə üzləşib.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisinin müdafiəçisi Dedimar Fereyra zədələnib. Braziliyalı futbolçu komandanın məşqində zədələnib. Fereyranın 2-3 həftəlik oynamaycağı bəlli olub.

 

Qeyd edək ki, "Kəpəz" - "Zirə" görüşü aprelin 1-də baş tutacaq.

Xəbər xətti