Nanidən etiraf: "Ümidləri doğrulda bilmədim"

"Latsio"nun "Valensiya"dan icarəyə götürdüyü Luiş Nani gözlənilənləri vermədyini etiraf edib.

 

Sportal.az xəbər verir ki, Portuqaliya millisinin üzvü azarkeşləri xoşbəxt etmədiyini deyib:

 

"Mövsümün əvvəlində "Latsio"ya ümidlə gəldim, ancaq azarkeşləri xoşbəxt edə bilmədim. Onlar məndən çox şey gözləyirdilər. İnanırdılar ki, komandaya daha çox güc qatacam. Azarkeşlərlə münasibət önəmldiir. Onları hər zaman anlamalıyıq. Lakin mən ümidləri doğrulda bilmədim".

 

"Latsio" 31 yaşlı futbolçunu müqavilənin şərtlərinə görə, 8 milyon avroya transfer edə bilər. Lakin paytaxt klubu Nanini gələcək planlarına daxil etməyib. Bu səbəbdən də ulduz futbolçu mövsüm başa çatanda müqavilə ilə məxsus olduğu "Valensiya"ya geri dönəcək.

 

Qeyd edək ki, Nani bu mövsüm 14 oyuna 3 qol vurub, 2 assist edib.

Tarix: 29 Mart [01:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio