"Barselona" itkiylə üzləşdi: 3 həftəlik sıradan çıxdı

10:31 - 29 Mart 2018

“Barselona” ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın müdafiəçisi Luka Din sıradan çıxıb. 24 yaşlı futbolçu Fransa millisinin heyətində Kolumbiyaya qarşı matçda zədələnib. Dinin 3 həftə oynamaycağı açıqlanıb.

 

Sağ cinah müdafiəçisi Çempionlar Liqasının 1/4 final mərhələsində “Roma” ilə aprelin 4-də və 10-da keçiriləcək oyunları buraxmalı olacaq.

Xəbər xətti