Baş məşqçidən açıqlama: "Renat yaşına görə yüksək keyfiyyətlərə malikdir"

10:52 - 29 Mart 2018

Məşqçini ağır şəkildə təhqir edən, komanda yoldaşını döyərək "Ayntraxt"dan qovulan Renat Dadaşov Almaniya Regional Liqasında çıxış edən Berlin "Dinamo”sunda məşqlərə çıxır.

 

Sportal.az xəbər verir ki, Berlin klubunun baş məşqçisi Rene Ridleviç Almaniya mətbuatına açıqlamasında Renatla bağlı müsbət fikirlər səsləndirib:

 

"Renat sadə, vicdanlı və xeyirxah bir insan təsiri bağışlayır. Yaşına görə çox yüksək keyfiyyətlərə malik bir futbolçudur”.

 

Qeyd edək ki, "Ayntraxt" Dadaşovu satmaqla bağlı qərar verib.

Xəbər xətti