Koke İskonu "Atletiko"ya dəvət etdi

14:43 - 29 Mart 2018

"Atletiko"nun futbolçusu Koke İspaniya  - Argentina matçında (6:1) het-trik edən İskoya çağırış edib.

 

Sportal.az xəbər verir ki, o, "Real"da az şans qazanan həmyerlisini "Atletiko"ya dəvət edib. Koke verdiyi açıqlamada İskonun fantastik futbolçu olduğunu qeyd edib:

 

"Məncə İsko fantastik futbolçudu. Möhtəşəm səviyyədə oynayır. "Real"da çox şans qazanmır. Zidanın nə düşündüyünü bilmirəm. "Real"da çox oynaya bilməyəcəksə, bəlkə də "Atletiko"ya gəlməlidi".

 

Qeyd edək ki, İsko bu mövsüm "Real"ın heyətində meydana çıxdığı 25 qarşılaşmada 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti