Yuri Maksimov: "Azərbaycan çempionatında rəqabət var"

15:19 - 29 Mart 2018

"Keşlə"nin baş məşqçisi Yuri Maksimov deyib Ukrayna mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ukraynalı çalışdırıcı Azərbaycan çempionatının yaxşı səviyyədə olduğunu bildirib:

 

"Azərbaycan çempionatı çox güclüdür. 8 komandanın hər biri bərabərsəviyyəlidir. Əsas odur ki, çempionatda rəqabət var. Heç bir komanda asanlıqla qələbə qazana bilmir. Hətta turnir cədvəlinin aşağı sıralarında qərarlaşan komanda liderləri məğlub edə bilir".

 

İstefa verəcəyi ilə bağlı xəbərlərə də münasibət bildirən Maksimov buna qısaca şərh verib: "Bu haqda çox danışmaq istəmirəm. Əgər işimin başındayamsa, deməli, hər şey yaxşıdır".

Xəbər xətti