"Atletiko"dan Qrizmanna yeni müqavilə təklifi

16:47 - 29 Mart 2018

"Atletiko" Madrid mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı iddialar dolaşan Antuan Qrizmannla yeni müqavilə imzalamaq üçün hərəkətə keçib.

 

Sportal.az xəbər verir ki, sərbəst qalmaq qiyməti 100 milyon avro olan futbolçuyla Madrid klubu yeni müqavilə bağlamaq istəyir. "Hindular" yeni sözləşmədə bu qiyməti 300 milyon avro etmək niyyətindədir. "Mundo Deportivo"da yer alan məlumata görə, hazırda illik 10 milyon avro maaş alan futbolçunun məvacibi yeni müqavilədə 14 milyon avro olacaq.

 

Fransa millisinin üzvü yekun qərarını dünya çempionatından öncə verəcək.

 

Qeyd edək ki, Qrizmannla "Mançester Yunayted" və "Barselona" yaxından maraqlanır. 27 yaşlı hücumçu bu mövsüm 38 oyuna 23 qol vurub, 13 assist edib.

Xəbər xətti