Ben Arfa yekun qərarını verdi: PSJ-dən ayrılır

19:51 - 29 Mart 2018

PSJ-nin futbolçusu Hatem Ben Arfa mövsümün sonunda klubdan ayrılacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə 31 yaşlı futbolçu sosial şəbəkə hesabında açıqlama verib. Fransa millisinin sabiq üzvünün iyunda müqaviləsinin müddəti başa çatacaq və azad agent statusu alacaq.

 

Xatırladaq ki, Ben Arfa PSJ-nin heyətində sonuncu dəfə ötən ilin aprel ayında meydana çıxıb.

Xəbər xətti