UEFA-dan tarixi cəza: 10 il avrokuboklardan kənarlaşdırıldı

00:55 - 30 Mart 2018

UEFA son Albaniya çempionu "Skenderbeu"nu 10 il müddətinə avrokuboklardan kənarlaşdırıb.

 

Sportal.az xəbər verir ki, buna klubun danışılmış oyunlarda iştirak etməsi səbəbdir. UEFA müfəttişlərinin hazırladıqları raportda Korçe təmsilçisinin danışılmış oyunlarda iştirakıyla bağlı faktlar ortaya çıxıb. 88 səhifəlik raportda 50-dən çox danışılmış oyunun adları qeyd edilib. UEFA İcraiyyə Komitəsi komandanı 10 il avrokuboklardan uzaqlaşdırıb və 1 milyon avro cərimə edib. Bununla yanaşı, "Skenderbeu"nun 2015/16 mövsümündəki çempionluğu rəsmən əlindən alınıb.

 

Bu, eyni zamanda UEFA-nın bi kluba ən ağır cəza verməsi kimi diqqət çəkib.

Xəbər xətti