Cüneyt Çakır dünya çempionatına təyinat aldı

FİFA DÇ-2018-də oyunları idarə edəcək hakimlərin siyahısını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, mundialda 46 ölkədən 36 FİFA referisi, 63 köməkçi hakim iş başında olacaq. Onların arasında türkiyəli hakim Cüneyt Çakır və kollektivi də var. Çakır köməkçiləri - Bahatdin Duran və Tarık Ongunla birgə bu çempionatda ədaləti qorumağa çalışacaq.

 

Hakimlərin siyahısı:

 

Cüneyt Çakır (Türkiyə), Fahad Al Mirdasi (Səudiyyə Ərəbistanı), Joel Aqilar (Salvador), Matteu Konqer (Yeni Zelandiya), Alireza Faqani (İran), Mark Qeyqer (ABD), Norbert Hauata (Taiti), Ravşan Irmatov (Özbəkistan), Ceyr Marrufo (ABD), Mohammed Abdulla Mohamed (BƏƏ), Rikardo Montero (Kosta Rika), Feliks Brix (Almaniya), Ryuji Sato (Yaponiya), Con Pitti (Panama), Navaf Abdulla Şukralla (Bəhreyn), Sezar Arturo Ramos Palasuelos (Meksika), Sergey Karasyov (Rusiya), Byorn Kuypers (Hollandiya), Mehdi Abid Şaref (Əlcəzair), Julio Baskunan (Çili), Şimon Marçinyak (Polşa), Malanq Dyedyu (Seneqal), Enrike Kaseres (Paraqvay), Antonio Migel Mateu Lahos (İspaniya), Bakari Papa Qassama (Qambiya), Andres Kunha (Uruqvay), Milorad Maziç (Serbiya), Qead Qrişa (Misir), Nestor Pitana (Argentina), Canluka Rokki (İtaliya), Canni Sikazve (Zambiya), Sandro Riççi (Braziliya), Damir Skomina (Sloveniya), Bamlak Tessema Veyesa (Efiyopiya), Vilmar Roldan (Kolumbiya), Klemen Topren (Fransa).

Tarix: 30 Mart [01:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2018
19  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio