Ufuk Budakın son durumu açıqlandı

10:48 - 30 Mart 2018

Türkiyə I Liqasında çıxış edən “Samsunspor”un və millimizin futbolçusu Ufuk Budak zədəsini tam bərpa etməyib.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə futbolçunun fərdi məşq etdi, lakin tam hazır olmadığı qeyd edilib. Almaniyada müalicə alan futbolçu aprelin 2-də "Adanaspor"la çempionat matçını buraxmalı olacaq.

 

Xatırladaq ki, 27 yaşlı müdafiəçi martın 11-də, birinci liqanın “Qaziantepspor”la səfər oyununda zədələnmişdi. Ufuk millimizin Belarus və Makedoniya ilə yoldaşlıq oyunlarına dəvət alsa da, zədə səbəbindən heyətdən çıxarılmışdı.

Xəbər xətti