Ronaldo "Las Palmas"a qarşı oynamayacaq

12:05 - 30 Mart 2018

"Real”ın hücumçusu Kristiano Ronaldo La Liqanın 30-cu turu çərçivəsində sabah keçiriləcək "Las Palmas"la oyunda komandasına kömək edə bilməyəcək.

 

Sportal.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Zinəddin Zİdan Çempionlar Liqasının 1/4 finalında "Yuventus"la oyun öncəsi portuqaliyalı hücumçuya istirahət vermək qərarına gəlib.

 

Qeyd edək ki, "Yuventus" - "Real" görüşü aprelin 3-də keçiriləcək və Bakı vaxtı saat 22:45-də başlayacaq.

Xəbər xətti