"Sumqayıt" 1 illik müqavilə imzaladı

Bu gün “Sumqayıt" Futbol Klubu və "Universal Pro MMC" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Sportal.az xəbər verir ki, imzalanan müqavilə bir il müddətinə qüvvədə olacaq. "Kapital Bank Arena"nın Konfrans zalında baş tutan tədbirdə "Sumqayıt" FK-nın prezidenti Riad Rəfiyev, vitse-prezident Vaqif Ömərov, baş məşqçi Samir Abasov, "Universal Pro MMC"nin təsisçisi Cavid İsmayılov, icraçı direktoru Ədalət Baxışov və marketinq meneceri Elşən Bayramov iştirak ediblər.

 

Daha sonra Riad Rəfiyev və Ədalət Baxışov müqaviləyə imza atıb. Ardınca "Universal Pro MMC"nin rəhbərliyinə xatirə olaraq "Sumqayıt" FK-nın oyun geyimi hədiyyə olunub. Bundan başqa, qonaqlar "Kapital Bank Arena" və yeni inşa olunan stadionlarla yaxından tanış olub.

Tarix: 30 Mart [13:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2018
20  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio