"Qəbələ"dən Araz Abdullayev açıqlaması

"Qəbələ"nin baş meneceri Zaur Əzizov Kipr mətbuatında "Anortosis"də icarə əsasında çıxış edən Araz Abdullayevlə bağlı yayılan xəbərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi Qol.az-a açıqlamasında müqavilə ilə "qırmızı -qaralar"a məxsus olan 25 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfdən onlara hər hansı rəsmi təklif gəlmədiyini söyləyib: "Anortosis"lə bağlanmış icarə müqaviləsində belə bir bənd var ki, Kipr klubu mövsümün sonunda 150 min avro təzminat ödəyərək, Arazı birdəfəlik transfer edə bilər. Ancaq onlar hələlik belə təkliflə bizə müraciət etməyiblər".

 

Qeyd edək ki, Kiprin "Kerkida" nəşri "Anortosis" klubunun tələb olunan təzminat məbləğini yüksək hesab etdiyi üçün Araz Abdullayevi mövsümün sonunda "Qəbələ"yə qaytara biləcəyini yazıb.

Tarix: 30 Mart [13:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2018
20  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio