"Qarabağ" israilli müdafiəçi transfer edir?

14:35 - 30 Mart 2018

"Qarabağ" İsrailin “Hapoel” (Hayfa) klubunun futbolçusu Nisso Kapilotonu transfer edə bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı İsrail mətbuatı yayıb. Xəbərdə deyilir ki, mövsümün sonunda azad agent statusu qazanacaq 29 yaşlı müdafiəçinin transfer edilməsi üçün Ağdam klubu artıq hərəkətə keçib. Hətta tərəflər arasında ilkin danışığın olduğu da qeyd edilir.

 

Qeyd edək ki, Tel-Əviv "Makkabi"sinin yetirməsi olan Kapiloto karyerası ərzində "Aşdod", "Hapoel" (Akko), "Beytar", "Sent-Qallen" (İsveçrə" klublarında çıxış edib. O, İsrailin U-17, U-19 və U-21 milli komandalarının da şərəfini qoruyub.

Xəbər xətti