PSJ Emerinin əvəzinə alman məşqçi gətirir

15:15 - 30 Mart 2018

Fransa I Liqasının lideri olan PSJ mövsümün sonunda baş məşqçisi Unai Emeri ilə yolları ayıracaq.

 

Sportal.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 finalında "Real"a uduzaraq mübarizəni dayandıran Paris klubu heyətdə baş məşqçi də daxil olmaqla dəyişikliklər edəcək. İddiaya görə, paytaxt klubu Almaniya millisinin baş məşqçisi Yoahim Lövü baş məşqçi postuna gətirmək istəyir. Bu təyinat dünya çempionatı başa çatdıqdan sonra gerçəkləşə bilər. Fransa mətbuatının məlumatına görə, Lövlə anlaşma əldə edilməsə, son klubu Dortmund "Borussiya"sı olan Tomas Tuhellə danışıqlar aparılacaq.

 

Qeyd edək ki, Emeri 2016-cı ildən PSJ-ni çalışdırır.

Xəbər xətti