Şenol Günəş: "Cenk Tosunun göndərilməsi klubumuz adına çətin qərar oldu"

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Cenk Tosunun "Everton"a transferi haqda danışıb.

 

Sportal.az xəbər verir ki, "Liverpool Echo"ya danışan mütəxəssis Tosunun vacib futbolçu olduğunu və asan şəkildə göndərmədiklərini deyib:

 

"Tosunun göndərilməsi klubumuz adına çətin qərar oldu. Çünki Cenk komandamızın vacib futbolçularından biri idi. Hələ yaşı azdı, çalışmağı sevən bir insandır. Cenk sağ və sol ayaqla, başla da əla oynayan möhtəşəm hücumçudur. Premyer Liqada uğurlu çıxış edəcəyinə inanıram".

 

Qeyd edək ki, 26 yaşlı forvard qış fasiləsində 22+6 milyon avro qarşılığında "Beşiktaş"dan "Everton"a keçib.

Tarix: 30 Mart [16:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio