“Sabah” “Zaqatala”ya, “Turan Tovuz” “Mil-Muğan”a qalib gəldi

17:40 - 30 Mart 2018

Azərbaycan I Divizionda 21-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, son oyun günündə üç görüş baş tutub. MOİK - “Şüvəlan” matçında hesab açılmayıb - 0:0. Son çempion “Turan Tovuz” doğma meydanda “Mil-Muğan”a minimal hesabla qalib gəlib - 1:0. Dörd qolun qeydə alındığı “Sabah” - “Zaqatala” matçında isə qələbəni meydan sahibləri bayram ediblər - 3:1.

 

I Divizion
21-ci tur
30 mart

 

“Turan Tovuz” - “Mil-Muğan” 1:0
Qol:
İlkin Rzayev, 83.

 

MOİK - “Şüvəlan” 0:0

 

“Sabah” - “Zaqatala” 3:1
Qollar:
Emin Mehtiyev, 29; 48. İlqar Ələkbərov, 36 - Elvin Həsənov, 28.

 

29 mart (cümə axşamı)

 

“Ağsu” – “Xəzər” 1:3
Qollar:
Malik Babayev, 37 – Tural Qürbətov, 26, Vadim Abdullayev, 43, Rəşad Qarayev, 90+3-avtoqol.
 

“Binə” – “Qaradağ Lökbatan” 2:2
Qollar:
Seymur Abdullayev, 83, Vüsal Səfərov, 90+2 – Ruslan Tağızadə, 69, Əliqulu Manafov, 85.

 

Turnir cədvəli:

 

N Klublar O Q H M T-F X
1 Qaradağ Lökbatan 21 13 4 4 39-22 43
2 Xəzər 21 10 5 6 26-12 35
3 Şüvəlan 21 10 4 7 22-16 34
4 Binə 21 9 5 7 28-23 32
5 MOİK 21 9 4 8 27-24 31
6 Turan Tovuz 21 9 4 8 28-25 31
7 Sabah 21 8 6 7 30-30 30
8 Mil-Muğan 21 6 4 11 27-41 22
9 Ağsu 21 6 3 12 19-36 21
10 Zaqatala 21 4 3 14 18-35 15
 
Bombardirlər:
 
Sabir Allahquliyev ("Qaradağ Lökbatan") - 10 qol
Bəhruz Teymurov (MOİK) - 9 qol
Elnur Səmədov ("Turan Tovuz") - 8 qol
Samir Babayev ("Mil-Muğan") - 8 qol

Xəbər xətti