Naycel De Yonqdan İqor Tudor etirafı

"Qalatasaray"ın 2016-cı ildə "Los-Anceles-Qalaksi"dən transfer etdiyi Naycel De Yonq baş məşqçi Yan Olde Riekerinkin dönəmində komandanın əsas simalarından biri idi. Lakin Riekerinkin gedişindən sonra İqor Tudorun baş məşqçi postuna keçməsilə De Yonq formaya həsrət qalmışdı.

 

Sportal.az xəbər verir ki, qış fasiləsində Almaniya Bundesliqasında mübarizə aparan "Maynts"a transfer olan hollandiyalı yarımmüdafiəçi "Qalatasaray"dakı günləri haqda danışıb. Ölkəsinin mətbuatına danışan 33 yaşlı futbolçu xorvatiyalı mütəxəssis İqor Tudorla problemlərinin olduğunu etiraf edib:

 

"Snyederlə mən nədənsə razı qalmasaq, onu açıq şəkildə söyləyən insanlarıq. Tudorla problemlərimiz yaşandı. Yan Olde Riekerinkin dövründə əsas heyə üzvü idik, lakin Tudorla problemləri kənara ata bilmədik. İndi Tudor "Qalatasaray"da yoxdur, mən isə Almaniyada xoşbəxtəm. Almaniyada əsl futbol atmosferi var".

 

Qeyd edək ki, İqor Tudorun istefasından sonra "Qalatasaray"ın baş məşqçisi Fatih Terim təyin edilmişdi.

Tarix: 30 Mart [19:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2018
19  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio