"İnter" "Verona"nı əliboş yola saldı VİDEO

01:33 - 1 Aprel 2018

İtaliya A Seriyasında 30-cu turun görüşkəri keçirilib.

 

Sportal.az xəbər verir ki, "İnter" evdə "Verona"nı 3:0 hesabıyla məğlub edib.

 

A Seriyasında turnir cədvəlinə 78 xalla "Yuventus" başçılıq edir. "Napoli" 4 xal geri qalaraq 2-ci yerdə qərarlaşıb. "Roma" 60 xalla 3-cü, "İnter" 58 xalla 4-cü, "Latsio" 57 xalla 5-ci, "Milan" isə 50 xalla 6-cıdır. "Verona" 22 xal toplayıb və 19-cu yerdə qərarlaşıb.

 

“İnter” – “Verona” - 3:0

Qollar: İkardi, 1, 49, Perişiç, 13

 

 

Xəbər xətti