Eddi İsrafilova şans verilmədi

11:11 - 1 Aprel 2018

İspaniya Sequndasında 33-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Alkorkon” səfərdə “Real Ovyedo” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Eddi sonadək ehtiyatda qalıb.

 

“Alkorkon" geridə qalan turlarda 41 xal toplayıb və hazırda 22 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti