Ayxan Abbasov: "Əzmkar futbol sərgilədik"

17:49 - 1 Aprel 2018

Topaz Premyer Liqasının 21-ci turunda “Zirə” səfərdə “Kəpəz”lə qarşılaşdı.

 

Sportal.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan görüşdən sonra paytaxt təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçla bağlı fikirlərini bildirib:

 

“Gərgin, maraqlı oyun alındı. Bilirdik ki, qış fasiləsindən sonra “Kəpəz” heç kimə asan məğlub olmayıb. Hətta son dəqiqələrdə buraxdıqları qollara baxmayaraq da, layiqli oynayıblar. Bizim komandaya gəlincə, təəssüf ki, 3-4 real qol şansımız olsa da, bundan yararlanmağı bacarmadıq. Bütün hallarda uşaqlar əzmkar futbol sərgilədi və yetirmələrimdən razı qaldığımı deyə bilərəm”.

Xəbər xətti