"Atletiko" 3 xalı 1 qolla qazandı VİDEO

00:33 - 2 Aprel 2018

İspaniya La Liqasında 30-cu turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Atletiko" evdə "Deportivo" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.

 

La Liqada turnir cədvəlinə 76 xalla "Barselona" başçılıq edir. "Atletiko" 67 xalla 2-ci, "Real" 63 xalla 3-cü, "Valensiya" 62 xalla 4-cüdür. "Deportivo" 20 xalla 19-cu yerdə qərarlaşıb.

 

Xəbər xətti